Qadin.NET / "Qara siyahı"ya 435 nəfər düşdü

"Qara siyahı"ya 435 nəfər düşdü

 

 

Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısında 435 nəfərin adı var. 2013-cü ildən bəri 10 nəfərin adı onların özlərinin müraciəti əsasında bu siyahıdan çıxarılıb.
Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəriHikmət Hacıyev deyib.
O qeyd edib ki, bir çox hallarda Dağlıq Qarabağa qeyri-qanuni səfərlər işğal olunmuş ərazilərə səfər edən şəxslərin məlumatsızlığı nəticəsində baş verir: “Ermənilər aldatma yolu ilə Dağlıq Qarabağa qeyri-qanuni səfərlər təşkil edirlər. Xarici vətəndaşlar anlamalıdırlar ki, Azərbaycanın rəsmi icazəsi olmadan həmin ərazilərə hər hansı bir səfər Azərbaycan qanunlarının kobud şəkildə pozulması deməkdir və nəticədə həmin şəxslər Azərbaycanın arzuolunmaz şəxslər siyahısına salınırlar”.

 

Mənbə:Milli.Az

27 fevral 2015
GO BACK