Manatın dəyişən məzənnəsi tikinti bazarına da təsir edib. Əsasən də xaricdən gətirilən materialların qiymətində artım müşahidə edilir.
Kəpəz TV (Region TV) xəbər verir ki, əsas bahalaşma idxal olunan dəmir məmulatlarında özünü göstərib. Ukraynadan idxal olunan armaturun 1 tonu 10 faiz qalxaraq 820 manat təşkil edib. Əhəmiyyətli dərəcədə qiyməti artan materiallar arasında taxtanın kubunda 80-90 manat artım müşahidə olunub. Bununla belə Türkiyədən gətirilən kafel-metlaxın qiyməti 15 faizə qədər qalxıb. Digər tikinti materillarında baş verən dəyişikliklər cüzi artım-azalma ilə müşahidə edilib. Satıcılar qiymət artımına yol xərcinin də təsir etdiyini bildiriblər. Qeyd olunan dəyişiklik inşaat materiallarının qiymətləri ilə yanaşı, alıcılıq qabiliyyətində də öz əksini tapıb.
Ümumilikdə isə ilin əvvəli ilə müqayisədə inşaat materiallarının qiymətində -
30%, ötən rübün müvafiq dövrü ilə müqayisədə isə orta hesabla 24.5% artım müşahidə edilir.
Araşdırma nəticəsində məlum oldu ki, dolların məzənnəsinin qalxması Gəncənin tikinti materilları bazarında da qiymət artımına səbəb olub. Ukrayna və Rusiyadan idxal edilən tikinti materialları arasında qiymət artımı təxminən 30 faizə qədər olmaqla ən çox taxta məmulatlarında qeydə alınıb.
Mənbə:Milli.Az