Ağ evə hiyləgər rəhbər gəlir
Amerika maqnatı Donald Tramp 2016-cı ildə ABŞ prezidentliyi uğrunda mübarizə aparmağa qərar verib.ANS PRESS-in məlumatına görə, biznesmen gələcək planları haqqında "The Washington Post" qəzetinə müsahibəsində bildirib.Onun sözlərinə görə, çoxları hesab edir ki, prezident olmaq xoşbəxtlik, əylənmək, diqqəti özünə cəlb etmək üçün əladır. Amma, bu, belə deyil. Bu, heç də zarafat deyil, mən seçkilərdə iştirak edəcəm, çünki bizim ölkəmiz ağır dövrünü yaşayır. O deyib ki, Respublikaçılar Partiyasının yüksək vəzifəli şəxsləri ilə ilk məsləhətləşmə aparmışam: "Mən siyasi səhnədə məyus olmuş seçicilərin səslərini qazanmaq niyyətindəyəm. Dünyada insanlar bizə gülürlər. Çin bizdən iş yerlərini alır, Yaxın Şərqdə işlər bir təhər gedir, "İslam dövləti"nin öhdəsindən gələ bilmirik. Ölkəni səriştəsiz insanlar idarə edirlər. Şəxsən mən bunlardan yoruldum."Xatırladaq ki, Donald Tramp biznesmen və siyasətçidir. O, indiki aparıcı siyasətlər haqqında kəskin fikirləri və qeyri-adi hiylələri ilə tanınır. Biznesmen mətbuatla həvəslə ünsiyyət saxlayır və özü "Namizəd" (Kandidat) realiti-şousunu aparır. Respublikaçıların yaxşı tanıdığı D.Tramp son illərdə Barak Obamanı daim tənqid edir. Respublikaçılar Partiyasından olan tanınmış idmançılar Djeb Buş, Rik Santorum, Skott Uoker və başqaları isə onun namizəfdliyinə qarşı çıxırlar.
Mənbə: ANS PRESS
27 fevral 2015
GO BACK