Qadin.NET / Erməni bizdən üzr istədi

Erməni bizdən üzr istədi

 

Erməni bizdən üzr istədi

Erməni jurnalist, publisist və yazıçı Vahe Avetyan azərbaycanlılardan üzr istəyib. ANS PRESS-in məlumatına görə, bu barədə publisist Facebook səhifəsində yazıb
O bildirib ki, ermənilərin Xocalı soyqırımını törətdiklərinə görə azərbaycanlılardan üzr istəyirəm.
Avetyan Xocalıda ermənilər tərəfindən törədilən dəhşətli cinayət əməllərinə görə, azərbaycanlılardan aşağıdakı sözləri yazaraq üzr istəyib.
“Əziz azərbaycanlılar. Xocalıda ermənilər tərəfindən yüzlərlə insan öldürülüb. Buna görə sizdən üzr istəyirəm.
Ermənistan nə vaxtsa məhkəmə qarşısına çıxarılacaq və Xocalı sıyqırımında əli olanların hamısı mühakimə olunacaq. Törətdiyi soyqırımı boynuna almayan xalqın dünyadan ədalət tələb etməyə haqqı yoxdur”.

 

Mənbə: ANS PRESS

26 fevral 2015
GO BACK