Milli.Az xəbər verir ki, Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatları azalmağa davam edir. APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiyanın qızıl-valyuta ehtiyatları 13-20 fevral tarixlərində daha 3,7 milyard dollar məbləğində əriyib və 364,6 milyard dollara enib. Bu, 2007-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.
Mənbə: Milli.Az