Qadin.NET / Azərbaycanda qiymət artımı ilə bağlı yayılan məlumatlar doğrudur?

Azərbaycanda qiymət artımı ilə bağlı yayılan məlumatlar doğrudur?

 

 

"Mərkəzi Bankın məlum qərarından sonra bəzi KİV-lərdə müxtəlif malların qiymətinin bahalaşması ilə barədə məlumatlar yayılır. Bu məlumatların müəyyən hissəsi həqiqət olsa da, heç də hamısı istehlak bazarındakı vəziyyəti tam əks etdirmir".
Bu barədə Trend-ə “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədriRahilə Mehdiyeva deyib.
Onun sözlərinə görə, doğrudur, bir sıra ticarət obyektləri və topdansatış məntəqələri manatın məzənnəsinin dəyişdirilməsindən dərhal sonra müəyyən “addımlar” atmağa, qiymət artımına getməyə cəhd göstərdilər: "Ancaq aidiyyəti orqanlarının işə qarışması ilə bu cəhdlərin qarşısı alındı. Onu qeyd edək ki, yerli istehsal olan əsas ərzaq məhsullarında qiymət artımı müşahidə olunmur.
Xaricdən gətirilən mallara gəldikdə isə, qiymət artımı heç də ajiotaj yaradacaq həddə deyil və bəzi KİV-lərin yazdığı kimi, 50-60 faizlə ölçülmür. Yerli ərzaq məhsulları isə keyfiyyətcə xarici ölkələrdən gətirilmiş mallardan heç də geri qalmır, əksinə daha dadlı, daha ucuzdur.
Bununla belə, hesab edirik ki, sahibkarlar, xüsusilə ticarətlə məşgul olanlar yaranmış vəziyyətdən sui-istifadə etməməlidir.
Hesab edirəm ki, qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması istiqamətində apardığı tədbirlər öz müsbət nəticələrini verəcək və necə deyərlər, bazar öz əvvəlki axarına qayıdacaq.
Onu da vurğulamaq istərdim ki, Azərbaycanda sahibkarlara hər cür dövlət dəstəyi göstərilir, onların hüquqları dövlət səviyyəsində müdafiə olunur. Fikrimizcə, bu məqamda sahibkarlar da məsələyə anlaşıqlı yanaşmalı, təkcə öz mənafeyindən deyil, həm də istehlakçı mənafeyindən çıxış etməlidir. Çünki hər bir sahibkarın özü ilə yanaşı, ailə üzvləri, yaxınları da istehlakçıdırlar. Elə isə hörmətli sahibkarlar, qiyməti artırmamışdan əvvəl düşünməyə dəyər".

 

Mənbə: Milli.Az

26 fevral 2015
GO BACK