Qadin.NET / Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

 

Sabah hava necə olacaq?

Fevralın son günlərində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyinin əsməsi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da fevralın 27-də hava gün ərzində əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub küləyi gündüz əsasən dağlıq ərazilərdə güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

 

Mənbə: ANS PRESS

26 fevral 2015
GO BACK