Qadin.NET / Dilqəmdən ermənilərə dərs

Dilqəmdən ermənilərə dərs

 

Dilqəmdən ermənilərə dərs

Bu gün Xankəndində azərbaycanlı girovların “apellyasiya məhkəməsi” keçirilib.
ANS PRESS-in məlumatına görə, "məhkəmə" zamanı girov Dilqəm Əsgəov verdiyi açıqlamalarla ermənilərə insanlıq dərsi keçib. Azərbaycanlı girov ona qarşı olan ittihamlara cavab verib:
"Bəli mən doğma torpaqlarımı görə bilmək üçün təmas xəttini keçmişəm. Kəlbəcər rayonuna 6-7 dəfə baş çəkmişəm. Mən Kəlbəcərə gələrkən rastıma çox kişi, qadın və uşaq çıxıb. Amma heç kəsə toxunmamışam. Hərçənd mənim belə bir imkanım var idi", - deyə Dilqəm Əsgərov söyləyib.
Çəkilişlərə gəlincə, Dilqəm Əsgərov bunda bir cinayət əlaməti görmədiyini söyləyib. Onun sözlərinə görə, bu videoların internetə yerləşdirilməsindən xəbərsizdir:
"Mənə belə ittihamlar edilir ki, sanki mən Bin Laden və ya Şamil Basayevəm", - deyə o bildirib.
Dilqəm Əsgərov yoldaşı Şahbaz Quliyevin də tamamilə günahsız olduğunu söyləyib. Azərbaycanlı girov qətllə bağlı ittihamları tamamilə inkar edib:
"Mən Şahbazı çoxdan tanıyıram. Onun günahsız olduğuna əminəm. Şahbaz Quliyev cinayət törədə biləcək adam deyil".
Dilqəm Əsgərov sonda bu qətl əməllərini törətmədiyini bildirib və azad olunmalarını tələb edib. O bildirib ki, ona ömürlük həbs cəzası verməkdənsə, ya azad edsin, ya da güllələsinlər. 

 

Mənbə: ANS PRESS

26 fevral 2015
GO BACK