Qadin.NET / Prezident Xocalını andı

Prezident Xocalını andı

 

Prezident Xocalını andı

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.Dövlət başçısı abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramla yad edib. 
Prezidenti Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da müşayiət edib. O da soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Anım mərasimində həmşinin dövlət və hökumət nümayəndələri, deputatlar qırğından xilas olan Xocalı sakinləri iştirak ediblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt ediblər. Fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutublar.
Bu qırğının nəticəsində 613 nəfər həlak olub. Onların arasında uşaqlar (63 nəfər), qadınlar (106 nəfər), qocalar (70 nəfər) olub. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirib. 
487 nəfər yaralanıb. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulub.

 

Mənbə: ANS PRESS

26 fevral 2015
GO BACK