Mütəxəssislər ömrü 25 il uzatmaq üçün çox sadə bir üsul tapıblar. Qida rasionundan cəmisi bir ərzaq məhsulunu çıxmaqla buna nail olmaq mümkündür.
Milli.Az Modern.Az-a istinadən xəbər verir ki, qida məhsullarının insan ömrünə təsirini öyrənən araşdırmaçılar belə nəticəyə gəliblər ki, ət məhsullarından istifadə etməyənlər bu qidadan istifadə edənlərdən 25 il çox yaşayırlar.
Tədqiqatlar göstərib ki, azkalorili pəhriz qidaları sağlamlığın möhkəmlənməsinə və uzunömürlülüyə şərait yaradır.
Müşahidələr zamanı statistik göstəricilər də bunu təsdiqləyib. Məlum olub ki, təkcə Böyük Britaniyada 100 yaşı olanlar gündəlik tələb olunan kalorinin cəmisi 60 faizini qida rasionuna daxil edirlər. Onlar buna öz rasionlarından ət məhsullarını çıxmaqla nail olurlar.
Tədqiqatlar onu da göstərib ki, azkalorili qida məhsulları ürək-damar xəstəliklərinə tutulma riskini 30 faiz azaldır.
Ömrünüzü 25 il uzatmaq istəyirsinizsə, ət məhsullarından heç olmasa məhdudiyyətlə istifadə etməyi bacarın.
Mənbə: ANS PRESS