Qadin.NET / Krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?

Krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?

 

Krediti xarici valyuta ilə alanların taleyi necə olacaq?

Manatın məzənnəsinin enməsi, təbii ki, iqtisadiyyatın bütün sahələrinə, xüsusən də bank sektoruna təsirsiz ötüşməyib. Banklar dərhal bu dəyişikliyə reaksiya veriblər. Müştərilərini itirmək istəməyən bu maliyyə qurumları faiz dərəcələrində dəyişiklik etməklə onlar üçün maksimum cəlbedici mühit yaratmağa çalışırlar. Bəs krediti xarici valyuta ilə alanların taleyi necə olacaq? 
Kəpəz TV (Region TV) xəbər verir ki, manatın ucuzlaşmasından ən çox narahat olanlar dolların məzənnəsi 78-79 qəpik olduğu vaxt bu valyuta ilə kredit götürən insanlardır. Onların əksəriyyəti indi çaşqın halda “Mən kreditimi hansı kursla qaytarmalıyam?, “Necə oldu ki, banka borcum birdən-birə 34 faiz artdı?” deyə sual verirlər. Məsələyə bank rəsmisi Elnur HəsənovMülki Məcəllənin 439.7-ci maddəsinə əsaslanaraq aydınlıq gətirdi.
Elnur Həsənov: “Əgər borc alanların kredit müqaviləsində məzənnə dəyişərsə, kreditin həmin məzənnə ilə ödənilməsi nəzərdə tutulubsa, mövcud məzənnə ilə ödənilməlidi. Yox əgər kredit müqaviləsində bununla bağlı hər hansı bənd nəzərdə tutulmayıbsa, onda kredit götürülən anda kurs nə idisə bağlandığı tarixdəki məzənnə ilə ödənilməlidi”. 
Müsahibimizin sözlərinə görə, kredit müqaviləsində bu halı qeyd etməyən bank yeni məzənnə ilə ödəniş tələb edə bilməz. Bununla belə müxtəlif bankların məsələyə yanaşması da fərqlidir. Bəzi banklar dollarla kredit götürmüş müştərilərinə aylıq ödənişlərin manatla ediləcəyi təqdirdə yeni məzənnəni nəzərə almaları barədə xəbərdarlıq göndəriblər. Buna görə də məsələyə aydınlıq gətirməyin ən yaxşı yolu xarici valyuta ilə krediti olan şəxsin bu sualla müvəkkil banklara müraciət etməsidir. Depozitlərlə bağlı situasiya isə nisbətən asan həll ediləcək. Əhalinin banklara olan etibarını təmin etmək və əmanətləri stimullaşdırmaq üçün Mərkəzi Bank sığortalanmış əmanətlərə hesablanan faizlərin artırılması haqqında qərar qəbul edib.
Elnur Həsənov: “Əmanətlərin sığortalanması üzrə faiz dərəcəsi 9%-dən 12%-ə qaldırılıb. Və 30 min manatadək olan və 12 %-lik əmanətlər artıq sığortalanmış əmanətlər hesab olunacaq”.
Görülən tədbirin effektivliyini və əhalinin manatla depozitlərə inamının nə vaxt bərpa olunacağını isə zaman göstərəcək. 

 

Mənbə: ANS PRESS

26 fevral 2015
GO BACK