Qadin.NET / Əmlakımızı niyə sığortalamırıq?

Əmlakımızı niyə sığortalamırıq?

 

 

Daşınmaz əmlakın icbari sığortası 4 ildir tətbiq olunur. Bu sığorta növü hüquqi və fiziki şəxslərə məxsus tikililərin yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin ödənilməsini nəzərdə tutur.
TTV (Region TV) xəbər verir ki, bir növ həm də vətəndaşın mövqeyinə xidmət edən bu sığorta növünə maraq azdır. Daşınmaz əmlakını sığorta etmək istəyənlərsə, əksər hallarda prosesdən xəbərsiz olur. Sığorta şirkətinin nümayəndəsi onu da bildirdi ki, bəzən sakinlər sığortadan qaçır və ya məlumatsız olur.
Elə Tovuzun İbrahimacılı kənd sakini İlqar Həsənov da evini sığortalatmayıb. Amma mənzili yandıqdan sonra buna peşman olub. Bununla belə sakinlər deyirlər ki, icbari sığorta zamanı evin və ya obyektin yalnız özü sığortalanmış olur. Bəzən bu obyektlərin içərisindəki əşyalar onun özündən də baha olur. İcbarı sığortada məbləğ yerləşdiyi ərazi nəzərə alınaraq müxtəlif qiymətlərlə hesablanır. 
Bakı üçün 250 min manat, Sumqayıt , Gəncə və Naxçıvan şəhərləri üçün 200 min manat digər yaşayış məntəqələri üçün isə 150 min manat təyin olunub. İcbarı sığorta haqqı isə ayda 30, 40 və 50 manat təşkil edir. Bütün hallarda sonradan peşman olmamaq üçün daşınmaz əmlakın sığortası vacibdir. 

Mənbə: ANS PRESS

26 fevral 2015
GO BACK