ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları artıq hazırdır.ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Katibi Cone Kerri açıqlama verib.Onun sözlərinə görə, rəsmi Vaşinqtonun uzun müddətdir ki, üzərində işlədiyi Rusiyaya qarşı yeni sanksiyalar paketi artıq hazırdır.
Con Kerri yeni sərt sanksiyaların tətbiq ediləcəyi vaxtı da açıqlayıb: "Əgər Rusiya Ukraynanın şərqindəki münaqişədə aqressiv siyasətini davam etdirərsə, dərhal sərt sanksiyalar tətbiq ediləcək".
Qeyd edək ki, bundan əvvəl Ağ Ev açıqlama vermişdi ki, ABŞ və Avropa Birliyi tərəfindən Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq ediləcək. Bunun səbəbi isə Rusiyanın separatçılara hərbi dəstək veməsidir.
Mənbə: ANS PRESS