Qadin.NET / "Sumqayıt təxribatı - “Qriqoryanın işi”

"Sumqayıt təxribatı - “Qriqoryanın işi”

 

"Sumqayıt təxribatı - “Qriqoryanın işi”

Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini İbrahim Məmmədovun “Azərbaycana qarşı Sumqayıt təxribatı – “Qriqoryanın işi” kitabının təqdimatı keçirilib.
ANS TV-nin məlumatına görə, təqdimat mərasimində deyilib ki, kitab Sumqayıt hadisələrindən bəhs edən ilk elmi monoqrafiyadır. Müəlifin kitabı Tarix İnistitutunun elmi şurasının qərarı ilə çap olunub. Ön sözün müəllifi isə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Jurnalistlərə açıqlamasında müəllif söyləyib ki, kitab üç dildə nəşr olunub:
“Bu gün Sumqayıt təxribatı – “Qriqoryanın işi” kitabını üç dildə - Azərbaycan, rus və ingilis dillərində oxuculara təqidim edirik. Hazırda kitabın Anadolu türkəcəsinə tərcümə prosesi gedir. Hətta erməni dilində də təqdimata hazırlaşırıq. Amma bu kitab şəklində olmayacaq. Onun elektron versiyası veb-saytda yerləşdiriləcək. Kitabın hər biri min nüsxədən ibarətdir. Ali məktəblərdə bu arşdırmanın öyrənilməsi mənə elə gəlir ki, vacibdir. Çünki bunun siyasi və tarixi tərəfləri var. Eyni zamanda da bunun əməliyyat məlumatları üçün də əhəmiyyəti var”.

 

Mənbə: ANS PRESS

26 fevral 2015
GO BACK