Qızıl souslu dondurmanın qiyməti dodaq uçuqladır.Dubayda bir kafedə satılan "Qara Almaz" adlı qızıl souslu dondurmanın boşqabı 850 manata satılır.
Dodaq uçuqladan qiymətin səbəbi yalnız "Versace" markalı kasada təqdim edilməsi deyill. Belə ki, dondurmanın hazırlanmasında Madaqaskar vanilindən, İran zəfəranından və 23 sap kimi qızıldan istifadə edilib.
Yay istilərində sərinləmək üçün bütün dünyanın sevdiyi dondurmanın ən bahalısı Misirdə, ən ucuzu isə Bolqarıstanda satılır. İngiltərə Beynəlxalq Valyuta Birjası (ICE) tərəfindən hazırlanan Yalametre - Lickometer ilə dünyanın məşhur istirəhət məkanlarındakı dondurma qiymətləri müqayisə edilib
Mənbə: ANS PRESS