Qadin.NET / Qızılca ilə bağlı həyəcan təbili çalındı

Qızılca ilə bağlı həyəcan təbili çalındı

 

Qızılca ilə bağlı həyəcan təbili çalındı

Dünya Səhiyyə Təşkilatı (DST) Avropa və Orta Asiyada qızılcaya qarşı peyvəndi təcili artırmağa çağırıb.ANS PRESS-in məlumatına görə, təşkilatın Avropa üzrə direktoru Zsuzsanna Jakab bu gün bildirib ki, 2014-cü ilin əvvəllərindən indiyədək 22 mindən çox insan bu infeksiyaya yoluxub. Qırğızıstanda 7 min 477, Bosniya və Hertseqovinada 5 min 340, Rusiyada 3 min 247, Gürcüstanda 3 min 291, İtaliyada 1,674, Almaniyada 583, Qazaxıstanda isə 537 belə hal qeydə alınıb.
Onun sözlərinə görə, son 50 ildə göstərilən səylərə baxmayaraq, bu infeksiya hələ də əngəl olaraq qalır. Bu məsələ Berlində 18 aylıq uşağın qızılcadan ölməsindən sonra gündəmə gəlib.
Təşkilatın yaydığı məlumata görə, valideynlərin əksəriyyəti uşaqlarına peyvənd vurulmasını istəmir.

 

Mənbə: ANS PRESS

25 fevral 2015
GO BACK