Qadin.NET / UEFA iki klubu cəzalandırdı

UEFA iki klubu cəzalandırdı

 

 

UEFA İntizam Komitəsi Rumıniyanın "Styaua" klubunu cəzalandırıb.Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna klubun azarkeşlərinin qaydalara zidd davranışları səbəb olub.Avropa Liqasının qrup mərhələsində Kiyev "Dinamo"su ilə keçirilən oyunda (0:2) "Styaua"nın azarkeşləri irqçi pankartlar açıb, pirotexniki vasitələrdən və lazer şüasından istifadə ediblər. Bu səbəbdən "Styaua" qarşıdakı iki ev avrokubok matçında azarkeşlərin dəstəyindən məhrum olacaq. Üstəlik, Rumıniya təmsilçisi 20 min avro cərimə ödəyəcək.Qeyd edək ki, "Stayua" ilə yanaşı, Şotlandiyanın "Seltik" klubu da Zaqreb "Dinamo"su ilə oyunda (3:4) azarkeşlərinin davranışları səbəbindən 10 min avro məbləğində cəzalandırılıb. 
Mənbə: Milli.Az
25 fevral 2015
GO BACK