Qadin.NET / Bu maşından artıq olmayacaq

Bu maşından artıq olmayacaq

 

Bu maşından artıq olmayacaq

Dünyanın ən sürətli maşını daha istehsal edilməyəcək. ANS PRESS-in məlumatına görə, "Volkswagen AG"nin sahib olduğu "Bugatti"nin "Veyron"larının sonuncusu ötən həftə satılıb. Ən sürətli maşın olan "Bugatti Veyron" modeli daha istehsal edilməyəcək. 450-ci son model 2,3 milyon avroya satıcı tapıb. Maşının yeni sahibi isə Yaxın Şrqdəndir. Lakin onun adı açıqlanmır. 
"Bugatti"nin "Veyron" markalarının 2/4 hissəsi Avropa, 1/4 hissəsi isə ABŞ-dadır. Geri qalan hissə isə dünyanın müxtəlif bölgələrindəki zəngin insanlar tərəfindən alınıb. 
Bu maşın adını nəqliyyatda istifadə edilə bilən ən sürətli maşın kimi "Ginnesin Rekorları" kitabına sala bilib. "Bugatti"lər "Volkswagen"nin himayəsində 1998-ci ildən istehsal edilirdi. Bu maşınların sürəti saatda 410 km-ə qədər qalxırdı. 
Bundan sonra daha "Bugatti" maşınları istehsal olunmayacaq. 

Bu maşından artıq olmayacaq

 

Mənbə: ANS PRESS

25 fevral 2015
GO BACK