Qadin.NET / Prezident Polad Bülbüloğlunu təltif etdi

Prezident Polad Bülbüloğlunu təltif etdi

 

Prezident Polad Bülbüloğlunu təltif etdi

Bu gün Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycanın Rusiyadakı səfirliyində olub.ANS PRESS xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, gəlişin məqsədi çoxillik yaradıcılıq fəaliyyəti və incəsənətin inkişafındakı xidmətlərinə görə səfir Polad Bülbüloğluna “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunması haqqında sərəncamı təqdim etmək olub.
Dostluq ab-havasında keçən görüşdə P.Bülbüloğlu və R.Abdulatipov Azərbaycan-Dağıstan münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə edib və sözügedən münasibətlərin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
R.Abdulatipov P.Bülbüloğlunu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədi ilə Dağıstana dəvət edib.

 

Mənbə: ANS PRESS

25 fevral 2015
GO BACK