Qadin.NET / Millət vəkili: "Maaşlar artırılmalıdır"

Millət vəkili: "Maaşlar artırılmalıdır"

 

Millət vəkili: "Maaşlar artırılmalıdır"

Mərkəzi Bankın 21 fevral qərarını dəstəkləyən deputat Zahid Oruc bundan sonra kursun dəyişilməməsini və maaşların artırılmasını tövsiyyə edir.
ANS PRESS-in məlumatına görə, Milli Məclisin dünənki plenar iclasında çıxış edən millət vəkili, milli valyutatın dollara nisbətən dəyərinin 33.5 faiz ucuzlaşmasının manatın avtomatik olaraq alıcılıq qabiliyyətinin üçdə bir nisbətdə itirməsi anlamına gəlmədiyini bildirib:
"Bu fikrin əksini iddia edənlər iqtisadiyyatla deyil, mexanika ilə məşğul olsunlar. Tədrici kurs və üzən kurs tərəfdarlarının dedikləri olsaydı, Azərbaycan da Rusiya kimi 125 milyard dollar rezervini xərcləyib qarşısında rublun 100 faiz dəyərdən düşməsini görəcəkdi. Ona görə də dollar ajiotajının qarşısını almağın yeganə yolu bu idi.. Lakin bundan sonra kurs dəyişilməmələidir!"
"Neftin azalan dollarlarını məzənnə siyasəti ilə dəyişib də büdcə kəsirini doldurmaq üçün guya manatın dəyərdən salınmasına gedilib deyənlər də sovet iqtisadçılarıdır! Əgər dövlət vətəndaşların pullarının dəyərsizləşdirməsində maraqlı olubsa və guya bundan bəhrələnmək istəyibsə,onda belə çıxır ki, Mərkəzi Bank və Azərbaycanın valyuta rezervlərinin də 33 fazi ucuzlaşmasına könüllü razı olub.Bu məntiqin nə qədər zəif -yararsız olduğunu görüsüz və ən adi tənqidə tab gətirmədiyi tamamilə ortaya çıxır."-deyə o, bildirib.
"Devalvasiya özü qədər deyil,yalnız onda bir nisbətdə inflyasiyaya səbəb olacaq və iddia etmək ki,21 fevralda oyanıb görmüşük ki sadə xalq dilində desək,guya dövlət tərəfindən 33 faz kasıbıaşdırılmışıq,bu fikir demaqogiyadır və heç bir iqtisadi əsası yoxdur. Sadə vətəndaşın malik olduğu məsələn 100 manat pul hazırda öz dönərliyini saxlayıb, sadəcə “itirdik” dediyimiz pul bizim 100 manatlıq əskinasın əgər dollarda evdə saxlayasaydıq, bu gün 33 faiz qazana biləcəyimiz puldur. Yəni,sadə desək,heç nə itirməmişik, sadəcə qazanmadığımız itkimizdir".
Millət vəkili qiymət artımını təbii qarşılayır: "Qiymət artımı mütləq olacaq, lakin bu devalvasiyanın-yəni,33.5 faizin üçdə birindən artıq olmayacaq.Bu düstutru biz kəşf etməmişik.Onu beynəlxalq Universitetlərin iqtisadi əlifbaslnı oxuyanların kitablarnda oxumaq mümkündür. Manat son devalvasiyadan sonra da dünyanın ən güclü valyutası olan dollara bərabər dəyərə malikdir. Ona görə karikaturalar çəkib “Qafqaz əsiri” filmində Vitsini-manat yerinə Morqunovu avronun yerinə, Nikulini dolların yerinə qoymağa tələsməyin. Əksinə belə bir karikatura çəkin - Manatın boyu uzun idi - 78 qəpiklik dollara və 89 qəpiklik avroya nisbətdə. İndi isə dollarala bərabər boya malikdir. Çəkdinizmi karikaturanı? Yəqin gördünüz ki, manat yenə də güclüdür! Son iqtisadi-maliyyə tədbiri cəmiyyətdə xeyli narazılıq yaradıbsa, onların qarşısına çıxıb atılan addımın mahiyyətini izah etmək lazımdır və meydanı iqtisadi populistlərə vermək olmaz".
Hazırda bazarlarda yaranan qiymət artımını “panik qiymətlər” olduğunu deyən deputat, bir azdan sabitləşmə olacağını proqnoz verir: "Lakin heç bir antiinhisar qurumu qiymət artımının qarşısını ala bilməyəcək. Ona görə hökumətin antiböhran siyasəti və ya proqramı elan olunmalıdır. Manatı əmanət qoyanların, dollarla kredit götürənlərin haqqında ayrıca Mərkəzi Bankın qərarı olmaıdır. Həmçinin, maaşlar, ünvanlı yardımlar, pensiyalar və sairin yaranan inflyasiya indeksinə bərabər artırılması məqsədilə".

 

Mənbə: ANS PRESS

25 fevral 2015
GO BACK