Qadin.NET / Obama rəqiblərə "od qoydu"

Obama rəqiblərə "od qoydu"

 

Obama rəqiblərə "od qoydu"

ABŞ prezidenti Barak Obama mübahisəli "Kistoun" neft kəməri layihəsinə veto qoyub. Bununla bağlı Ağ evin bildirişi bu gün Senata göndərilib. 
ANS PRESS-in məlumatına görə, bu, B.Obamanın prezidentlik müddətində qoyduğu üçüncü vetodur.
Ekspertlərin fikrincə, onun bu addımı hələlik respublikaçılar üçün prioritet olan bu məsələnin üstündən xətt çəkib. Belə ki, respublikaçıların nəzarət etdiyi Konrqes yanvarın 29-da neft kəmərinin inşasına başlanılması haqqında qanun layihəsini təsdiqləmişdi. Konqresdə qanun layihəsinin lehinə 270, əleyhinə isə 152 səs verilib. Qanun layihəsi nə Nümayəndələr Palatasında, nə də Konqresdə prezidentin gözlənilən vetosunu ləğv edə biləcək səs çoxluğu ilə təsdiq olunmayıb.
Ümumiyyətlə, ilk dəfə 2008-ci ildə təklif edlimiş "Kistoun" neft kəməri ilə Kanadadan neftin ABŞ-ın Meksika körfəzinə nəqli nəzərdə tutulur. Respublikaçılar Partiyasının üzvləri və neft şirkətlərinin nümayəndələri dost ölkədən neftin yerli emal zavodlarına daşınaması nəzərdə tutulan 8 milyard dollarlıq layihənin yeni iş yerlərinin yaradılmasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəyini bildirirlər.
Demokrat Partiyasının üzvləri və ətraf mühit müdafiəçiləri isə layihəni neft sənayesinə hədiyyə adlandıraraq, onun qlobal istiləşmə probleminin pisləşməsinə və ABŞ-ın müəyyən bölgələrində neft sızması hallarına gətirib çıxaracağına səbəb olacağını düşünürlər.

 

Mənbə: ANS PRESS

25 fevral 2015
GO BACK