Qadin.NET / 20 yaşlı qoca cavanlaşdı

20 yaşlı qoca cavanlaşdı

 

20 yaşlı qoca cavanlaşdı

Nənəyə oxşayan gənc qız ərə getdib. ANS PRESS-in məlumatına görə, 20 yaşlı Yekatrina Nejenseva əziyyət çəkdiyi sindromla mübarizə etməyi bacarıb. Yeni Urenqoydan olan gənc qız nadir görülən xəstəlikdən əziyyət çəkib. Qız anadangəlmə vaxtından tez qocalma sindromundan əziyyət çəkib. Hələ uşaqlıqdan onun üzü qırışlarla örtülüb. Katya uzun illər bu xəstəliklə mübarizə aparıb. Nəticədə gənc qız nəinki xəstəliyə qalib gəlib, hətta ərə gedərək sağlam körpə də dünyaya gətirib. 
16 yaşında qız xəstəliyin çarəsini tapmaq üçün Moskvaya üz tutub. Burada plastik əməliiyatdan keçən qadın sağlamlığına az da olsa qovuşa bilib. Ona üz gərdirmə, göz formasını dəyişmə, burun əməliyyatları edilib. 
Ailə qurandan sonra həkimlər ona övladının da bu xəstəlikdən əziyyət çəkə biləcəyini deyiblər. Narahat keçən 9 aydan sonra doğulan körpə tamamilə sağlam olub. 
"Mən çox xoşbəxtəm. Ərim mənim öz şarmım olduğunu düşünür". 
Qeyd eədk ki, bu sindromdan dünyada bir necə insan əziyyət çəkir. Sindromabağlı olaraq insanlar gənc yaşlarında 60-70 yaşlı insan kimi görünürlər. Onların dərisi qırışır və elastikliyini itirir. 

20 yaşlı qoca cavanlaşdı

20 yaşlı qoca cavanlaşdı

20 yaşlı qoca cavanlaşdı

 

Mənbə: ANS PRESS

25 fevral 2015
GO BACK