Qadin.NET / ATƏT Qarabağdan narahatdır

ATƏT Qarabağdan narahatdır

ATƏT Qarabağdan narahatdır
ATƏT-in sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır. ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT sədri BMT Təhlükəsizlik Şurasında məruzə ilə çıxış edərək bildirib.
İ.Daçiç deyib: "Dağlıq Qarabağdakı son hadisələrdən narahatam. Keçən il Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlara baxmayaraq, biz vəziyyətin kəskin pisləşməsini və danışıqlar prosesinin zəifləməsini müşahidə edirik".
Onun sözlərinə görə, ATƏT-də sədrliyi dövründə Serbiya danışıqların davamına və həmsədrlərin münaqişənin həllinə yönəlmiş səylərinə dəstəyi davam etdirəcək. 
Daçiç bildirib ki, o, mövcud vəziyyəti Azərbaycan və Ermənistan XİN rəhbəri ilə müzakirə edib və regiona qarşıdakı səfərində dövlət başçıları ilə görüşlər çərçivəsində müzakirəni davam etdirmək niyyətindədir.

Mənbə: ANS PRESS

25 fevral 2015
GO BACK