Qadin.NET / Ermənilər gec-tez qaytaracaqlar

Ermənilər gec-tez qaytaracaqlar

 

Ermənilər gec-tez qaytaracaqlar

Xarici işlər naziri Elmar Məmmədyarov ermənilərin girov götürdüyü Şahbaz Quliyev və Dilqəm Əskərovun gec ya tez Azərbaycana qaytarılacağından əmindir.ANS PRESS-in məlumatına görə, nazir Azərbaycanda rəsmi səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında belə deyib.
“Ermənistan iki azərbaycanlı girovu saxlaya bilməz, əminəm ki, gec ya tez onları Azərbaycana qaytaracaqlar” - deyə bildirib.
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev iyul ayında yaxınlarının məzarlarını ziyarət etmək üçün Azərbaycanın erməni işğalı altında olan Kəlbəcər rayonuna səfər ediblər. Ermənilər onlarla birgə olan Həsən Həsənovu qətlə yetirmiş, Dilqəm və Şahbazı isə girov götürmüşdülər. 
Separatçı Qarabağ rejimində azərbaycanlılar üzərində qondarma məhkəmə qurulub. Oyuncaq məhkəmə Dilqəm Əsgərov barəsində ömürlük, Şahbaz Quliyev barəsində isə 22 il həbs qərarı çıxarıb.

 

Mənbə: ANS PRESS

25 fevral 2015
GO BACK