Qadin.NET / Ebola həyəcanı sona çatdı

Ebola həyəcanı sona çatdı

 

Ebola həyəcanı sona çatdı

Qərbi Afrikada ölümcül Ebola virusu ilə əlaqədar artıq 6 aydır ki, müşahidə olunan böhranlı vəziyyət sona çatıb. Liberiya hökuməti virusa nəzarət etdiklərini bildirib. Vəziyyətlə əlaqədar qonşu Syerra-Leone və Qvineya ilə sərhədlər də açılıb və karantin saatı ləğv edilib. Bölgə insanları isə, epidemiyanın qarşısının alınması ilə əlaqədar sevinclərini gizlətmirlər.
Liberiyada insanlar normal həyatlarına - gündəlik fəaliyyətlərinə geri dönüblər. Artıq heç kim epidemiyaya görə narahat olmur.
Region ölkələri virusa tamamilə qalib gəlmək üçün beynəlxalq ictimaiyyətə müraciət ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə virus indiyə 9 mindən çox insanın həyatına son qoyub. Ebola virusu əsasən, Liberiya, Qvineya və Syerra-Leonedə təhlükəli həddə çatmışdı.

 

Mənbə: ANS PRESS

25 fevral 2015
GO BACK