İqtisadiyyat və Sənaye Nazirliyi dərman preparatlarının satış qiymətinin artırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, qurum tərəfindən qiymət artımı ilə bağlı müvafiq tədbirlər görülüb.
“Firmalar tərəfindən dərmanların satış qiymətinin artırılması ilə bağlı yayılan məlumatlarla əlaqədar bildiririk ki, görülmüş tədbirlər nəticəsində dərman preparatların satış qiyməti əvvəlki vəziyyətə qaytarılıb”, - deyə A. Əliyev bildirib.
Qeyd edək ki, bəzi saytların verdiyi xəbərə görə, dərman preparatlarının satışı ilə məşğul olan şirkətlər tərəfindən qiymətlər 24% artırılıb.
Mənbə: ANS PRESS