Qadin.NET / Papa o ölkəni qəzəbləndirdi

Papa o ölkəni qəzəbləndirdi

 

Papa o ölkəni qəzəbləndirdi

Katoliklərin ruhani lideri Papa Fransisin e-məktublarından birinin üzə çıxaması onun barəsində söz-söhbətlərə səbəb olub.ANS PRESS-in məlumatına görə, argentinalı papa Fransis bir müddət əvvəl həmvətənlisi ilə yazışarkən uşaqların, qadınların istismar edilməsi, narkotik və insan alverinin Meksikada artdığını, çox keçmədən bu yöndə Argentinanı qabaqlayacağını, bir sözlə, orada vəziyyətin dəhşətli olduğunu yazıb. 
Papanın bu e-məktububnun ortaya çıxması meksikalılların xoşuna gəlməyib. Bu barədə təəssüfləndiyini Meksika xarici işlər naziri köməkçilərindən olan Xose Antonio Meade də vurğulayıb. 
Bundan başqa o, ölkəsinin papanın narahatlıq duyduğu məslələrə qarşı mübarizə apardıqlarını da sözlərinə əlavə edib.

 

Mənbə: ANS PRESS

25 fevral 2015
GO BACK