Qadin.NET / Instagram-ın gələcəyi necə olacaq?

Instagram-ın gələcəyi necə olacaq?

Cowen Group analitik bürosu 2020-ci ildə Instagram xidmətindən istifadə edəcək istifadəçilərin sayı ilə bağlı proqnoz verib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, Cowen Group bürosundan hesab edirlər ki, sözügedən sosial şəbəkənin istifadəçilərinin sayı 2 dəfədən çox artaraq 680 milyona çatacaq.Həmçinin aktiv hesabların sayı və elan verənlərin sayı artacaq. Beləliklə, 2020-ci ildə Instagram ildə 5,8 milyard dollar gəlir qazandıracaq. Müqayisə üçün, 2014-cü ildə sosial şəbəkə 700 milyon gəlir qazandırıb.Məlumat üçün bildirək ki, Facebook 2012-ci ildə Instagram xidmətini 1 milyard dollara satın alıb.

Mənbə: Milli.Az

 

24 fevral 2015
GO BACK