Bakının mərkəzi yollarından biri 3 gün bağlı olacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, fevralın 24-ü gecə saat 23-dən etibarən Dilarə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-in qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC alternativ variant kimi 28 may, Nizami, Rixord Zorge, Puşkin küçələrindən istifadə etməyi məsləhət görür. Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 3 gün müddətinə həmin hissə bağlı olacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Mənbə: Milli.Az