ANS PRESS-in TQDK-ya istinadla verdiyi məlumata görə, növbəti bilik yarışının öncülü bu il magistraturaya qəbul imtahanının I mərhələsində ən yüksək nəticə göstərmiş bakalavr -Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Nəcəfquluzadə İsmayıldır.
Qeyd edək ki, İsmayıl qeyd olunan imtahanda 100 mümkün baldan 96 bal toplayıb.
Xatırladaq ki, Nəcəfquluzadə İsmayıl 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 672 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.
Mənbə: ANS PRESS