Qadin.NET / Bakı Rusiyadan ad istəyir

Bakı Rusiyadan ad istəyir

 

 

Milli Məclisin bu gün keçirilən iclasında Bakıya “Qəhrəman şəhər” adının verilməsi təklif olunub.Trend-in məlumatına görə, deputat Yevda Abramov Bakının Böyük Vətən müharibəsində böyük rol oynadığını deyib və bildirib ki, buna görə də Bakıya “Qəhrəman şəhər” adı verilməlidir.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov təklifə müsbət yanaşıb: 
“Amma təəssüf ki, SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov kimi mənəviyyatsız insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, qanlı 20 Yanvar, Xocalı soyqırımı kimi böyük problemlər qoyub getdilər. Bir müddət əvvəl spiker Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin qarşısında bu məsələni qaldırıb. Görək nə cavab verirlər".

 

Mənbə: Milli.Az

24 fevral 2015
GO BACK