Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Milli.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 23-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Azərbaycan Premyer Liqasının XXIII turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” və “Qarabağ” klublarının 4 futbolçusunun sarı vərəqə ilə cəzalanmasına görə hər iki klub 1000 manat cərimə olunub).
Oyununun 36-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
Oyunun 38 və 40-cı dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXIII turunun “Simurq” – “Sumqayıt” matçının 90+3-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXIII turunun AZAL – “İnter” matçı başa çatdıqdan sonra “İnter” klubunun futbolçusu Sezar Meza Kolli rəqib futbolçuya qarşı təhqiredici jestə görə 3 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
“İnter” klubunun fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç oyunun rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 10 oyun cəzalanıb, klub 10 000 manat cərimə olunub.
Oyunda hər iki komandanın iştirakı ilə baş vermiş insidentlərə görə hər iki klub 3000 manat cərimə olunub.
Oyunda hər iki komandanın iştirakı ilə baş vermiş insidentlərə görə hər iki klub 3000 manat cərimə olunub.
Mənbə: Milli.Az