Qadin.NET / Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycan elminə ağır itki üz verdi

 

Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəbatat bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı vəfat edib. "Report" xəbər verir ki, mərhum 76 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, O.İbadlı "Qırmızı kitab"ın, Azərbaycan Sovet Ensiklopediyasının VI, IX, X cildlərinin həmmüəlliflərindən biridir. Mərkəzi Nəbatat bağının Elmi Şurasının sədri, Bakı şəhərində Aqro-Bədii Şuranın, Dənizkənarı Milli parkın Elmi-Metodik Şurasının, Meşəçilik İnstitutunun Elmi Şurasının, AMEA Botanika İnstitutunun Müdafiə Şurasının, "Elm və həyat" jurnalının redaksiya heyətinin üzvü olan Oruc İbadlı 2007-ci ilin əvvəlində AMEA-nın müxbir üzvü seçilib.Akademiyanın 60 illik yubileyi ilə əlaqədar "Tərəqqi" medalı və elmdə qazandığı uğurlara görə dəfələrlə Azərbaycan AMEA-nın fəxri fərmanları ilə təltif edilib, müxtəlif elmi, ictimai və dövlət təşkilatları tərəfindən fərmanlara, təşəkkürlərə layiq görülüb.

 

Mənbə: Milli.Az

24 fevral 2015
GO BACK