Dünyada qızılın qiyməti bahalaşır. Bu proses ABŞ-ın Federal Rezerv Xidmətinin başçısı Canet Yellenin ölkə senatında çıxışı öncəsi baş verib.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu gün saat 08:40-da Nyu-Yorkun Comex birjasında qızılın bir troya unsiyası 0.9 dollar və ya 0.07% bahalaşaraq 201,70 dollara çatıb. Gümüşün qiyməti isə 0.56% artaraq bir troya unsiyası 16.39 dollar olub.
ABŞ-ın Federal Rezerv Xidmətinin rəhbəri Canet Yellen bu gün senatda çıxış edəcək.
O, 27-28 yanvar tarixlərində requlyatorun qiymətləri uzun müddətdə aşağı səviyyədə saxlaması barədə qərarından sonra
bankın faiz dərəcələri haqqında rəyini açıqlayacaq.
Dünyada qızılın qiymətinə Yunanıstandakı vəziyyət təsir göstərir. Ötən gün Yunanıstan hökuməti islahatlar siyahısı hazırladığını bəyan edib. Həmin islahatlar maliyyə yardımı proqramının uzadılması müqabilində həyata keçirilir. Siyahı bu gün səhər avrozona ölkələrinin maliyyə nazirliklərinə göndəriləcək.
Mənbə: Milli.Az