Qadin.NET / Manat yenə düşdü

Manat yenə düşdü

Manat yenə düşdü
Azərbaycanda dollar və avronun rəsmi məzənnəsi açıqlanıb.
ANS PRESS-in Azərbaycan Mərkəzi Bankına istinadla verdiyi məlumata görə, 24 fevral tarixinə olan son göstəricilərə görə, 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,0501 müəyyən edilib. 
Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Belə ki, 1 avronun rəsmi məzənnəsi 1,1950-dən 1,1906-ya düşüb.
Qeyd edək ki, 21 fevral tarixindən etibarən ölkədə dollar və avronun bahalaşması qeydə alınıb. 
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, 1 Avronun rəsmi məzənnəsi isə 1,19 səviyyəsində müəyyən edilmişdi.

Mənbə: ANS PRESS

24 fevral 2015
GO BACK