Qadin.NET / Nağdsız ödənişlərə diqqət!

Nağdsız ödənişlərə diqqət!

 

 

Milli.Az Xezerxeber.com-a istinadən xəbər verir ki, Bakıda elə super-marketlər var ki, orada nağdsız ödənişlər etdikdə sizdən pin kod tələb edilmir.Yəni bu o deməkdir ki, istənilən şəxs əldə etdiyi kartla aliş-veriş edə bilər.Bəs görəsən, bu, nə dərəcədə doğrudur?
Kartı pos-terminala salır və pin kod tələb etmədən hesabdan pul çıxır.
Növbəti mağazada da vəziyyət təkrar olunur.
Bir çox mağazada nağdsız ödənişlər etdikdə kart sahibindən pin kod tələb edilmədən məbləğindən pul silinir. Satıcılara aldığımız məhsulun pulunu çıxması üçün bir bankın plastik kartını təqdim etdik. Pin kod tələb etmədən əməliyyat icra olundu. Məsələyə aydınlıq gətirməsi üçün sözügedən bankla əlaqə saxladıq.
"Pini daxil etmədən, yalnız müştərinin imzasi ilə tranzaksiyaların həyata keçirilməsi plastik kartlarla ödəniş etmənin üsullarından biridir. Çünki, elə terminallar var ki, onlar pinin daxil etməsini tələb etmirlər. Biz bu terminallara görə, kartların istifadə əhatəsini məhdudlaşdıra bilmərik. Pin tələb olunmadığı təqdirdə müştəri çekə imza atmalıdır”.
Bu halla qarşılaşanlar öz bankına müraciət edə bilərlər.
Amma görünən odur ki, pin kod tələb etməsi vacib olduğu təqdirdə bu gün terminallar kodsuz fəaliyyət göstərirlər.
Bəs görəsən mağaza sahibləri plastik kartın onu təqdim edənə məxsus olub olmadığını necə müəyyən edirlər? Axı kod tələb olunmadığından bu kartlar oğurlanmış və ya hansısa yolla əla keçirilmiş ola bilər. Yaxşı olar ki, məsuliyyətdən boyun qaçırmaq üçün mağaza sahibləri də bu işdə maraqlı olsunlar.

Mənbə: Milli.Az

24 fevral 2015
GO BACK