Onların sözlərinə görə, sabahdan yerli qəzetlərin yeni qiymətə satılacağı bildirilir. Dəqiq qiymətin nə qədər olacağı bilinməsə də qəzetlərdə 30-40 faiz arasında artım olacağı gözlənilir.
Qeyd eədk ki, Azərbaycanda dükanlarda çörəkdən başqa, demək olar ki, bütün məhsullarda qiymət azı 35-40 faiz artıb. Lakin rəsmi qurumlar qiymət artımının olmadığını bildirirlər.
Belə ki, satıcılar süni şəkildə qiymətləri artırıblar. Ekspertlər isə baş verənləri özbaşınalıq adlandırır. Millət vəkili, iqtisadçı Əli Məsimli mövzuyla bağlı ANS-ə açıqlama verərkən bu işə rəvac verənləri vicdansız adlandırıb.
Mənbə: ANS PRESS