Qadin.NET / Azərbaycanda kəndlərlə əlaqə kəsildi

Azərbaycanda kəndlərlə əlaqə kəsildi

 

Azərbaycanda kəndlərlə əlaqə kəsildi

Qubada Xınalıq yolu iki gündür ki, bağlıdır. Yol işçilərinin səyinə baxmayaraq, qarla örtülü yolu açmaq hələ mümkün olmayıb.
ANS TV-nin məlumatına görə, iki gün əvvəl yağan qarın fəsadları Qubada ən çox Xınalıq yolunda özünü göstərib. Çovğunla müşahidə olunan yağıntı səbəbindən Quba-Xınalıq yolunun böyük hissəsi bağlanıb. Yolun 4 km-ni açmaq mümkün olsa da, gecə külək yenidən həmin ərazinin qarla örtülməsinə səbəb olub.
Hazırda Quba-Xınalıq yolunun 36-cı km-lik ərazidə təxminən 10-dan çox yerdə qar uçqunu baş verib. Güclü çovğun müşahidə olunur. Aldığımız məlumata görə, burda 13 dərəcə şaxta var. Rayon mərkəzindən Xınalıq kəndinin əlaqəsi tam kəsilib.
Yolun bağlanması nəticəsində Xınalıq kəndilə yanaşı digər 5 kənd, eləcə də Xınalıq sərhəd zastavası ilə əlaqə kəsilib. Hazırda yol işçiləri ərazini qardan təmizləməyə və hərəkəti bərpa etməyə çalışırlar.

 

Mənbə: ANS PRESS

23 fevral 2015
GO BACK