Bankdan kart alarkən mütləq müqavilə bağlanmalıdır.ANS TV-nin məlumatına görə, Mərkəzi Bankdan isə məsələ ilə bağlı bildirirlər ki, vətəndaşlar kart hesabı açdırarkən və kart alarkən onlarla mütləq müqavilə bağlanmalıdır. Banklar da öz növbəsində kartların təhlükəsizliyini təmin etmək üçün proseslərə nəzarət etməlidir.
Mərkəzi Bankın departament direktorunun müavini Vahid Qurbanlı vətəndaşlara kartla bağlı təqdim olunan müqaviləni oxumadan qol çəkməməyə çağırıb. Çünki, bu müqavilədə vətəndaşa aid bütün hüquqlar göstərilir.
Mənbə: ANS PRESS