Abu Dabidə İDEX-2015 sərgisinə qatılan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bu gün sərgidə təmsil olunan bir sıra xarici şirkətlərin stendlərində olub.
ANS PRESS-in “AzeriDefence” jurnalına istinadla verdiyi məlumata görə, sərgidə iştirak edən Azərbaycanın müdafiə naziri silahlara baxış keçirib.
İDEX-2015 beynəlxalq müdafiə sərgisində müxtəlif ölkələrdən 1500-dək şirkətin qatıldığı sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) də stendlə təmsil olunur.
MSN stendində Azərbaycan müəssisələrində istehsal olunmuş 180-dən artıq məhsul, o cümlədən atıcı silahlar, artilleriya sistemləri, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. nümayiş etdirilir.
Mənbə6 ANS PRESS