ABŞ prezidenti Barak Obama radio vasitəsilə amerikalılara müraciət edərkən bəyan edib ki, Amerikanı və onun sakinlərini, hətta "axmaq" olsalar belə, sevir.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, Obama deyib: "Mən Amerikanı, hətta onun axmaqlarını da sevirəm".
Prezident qeyd edib ki, Amerikada bütün tip insanlar yaşayırlar - gənclər, qocalar, zəiflər, güclülər, ağıllılar və axmaqlar: "Və axmaq insanlar doğrudan da kloun kimi hərəkət edəndə onları sevməyə davam edirəm, çünki onlar Amerikanın hissəsidir. Həqiqətən də ölkənin böyük hissəsidir".
Mənbə: Milli.Az