Trend bildirir ki, gün ərzində Azərbaycanda 3-cü zəlzələ qeydə alınıb.Mərkəzin məlumatına görə, bu gün saat 12:04:49-də Şəmkir rayonu ərazisində, Gəncədən 32 km şimal-qərbdə zəlzələ qeydə alınıb.Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.
Bu gün ərzində ilk zəlzələ Qəbələ rayonunda baş verıb.RSXM xəbər verir ki, ilkin məlumatlara görə, zəlzələ saat 07:57:54-də Qəbələ ərazisində qeydə alınıb.Zəlzələnin dərinliyi 14 km, maqnitudası 3,3 olub.
Gün ərzində növbəti zəlzələ isə Xəzər dənizində saat 08:00:09-da qeyde alınıb. Zəlzələnin dərinliyi 54 km, maqnitudası 3,8 olub.
Zəlzələ hiss olunmayıb.
Mənbə: Milli.Az