Qadin.NET / Valyuta ilə bağlı rəsmi açıqlama

Valyuta ilə bağlı rəsmi açıqlama

 

Valyuta ilə bağlı rəsmi açıqlama

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib. Nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, manatın ucuzlaşmasından sonra bir çox mağazada qiymət artımları müşahidə edilib. Ticarət obyektlərində məhsulların qiyməti dəyişdirilərək müştərilərə təklif edilib. 
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilib.

 

Mənbə: ANS PRESS

23 fevral 2015
GO BACK