Milli.Az İslam.Az-a istinadən bildirir ki, hər iki təqvim Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən (miladi 622-ci il) hesablanır. Fərq bundadır ki, hicri-qəməri təqvim Ayın Yerdən görünüşünə əsaslanır.
Bu təqvimdə aylar 29 və ya 30 gündən ibarət olur. İlin ümumi uzunluğu isə 354 və ya 355 günə bərabardir. Hicri-şəmsi təqvim isə Günəş təqvimidir, sadəcə başlanğıcı Peyğəmbərin hicrət günündən götürülür.
Miladi təqvimdə olduğu kimi, hicri-şəmsi təqvimdə də ay 30-31 gündən (fevralı çıxmaqla), il isə 364 və ya 365 gündən ibarətdir. Hicri-qəməri təqvim ərəb ölkələrində işlədilir, şəriət əməlləri də bu təqvimlə hesablanır. Hicri-şəmsi təqvim isə İranda istifadə edilir. Hicri-şəmsi ilin başlanğıcı Novruz bayramı günüdür.
Mənbə: Mİlli.Az