AVG analitik şirkəti Android mobil platforması üçün nəzərdə tutulmuş Android/PowerOffHijack.A adlı qeyri-adi virus haqda məlumat verib. Bu virus kamera və GSM modul daxil olmaqla smartfonun resurslarından istifadə edir.Milli.Az ICTnews-a istinadən bildirir ki, AVG şirkətinin mütəxəssisləri aşkar ediblər ki, zərərli kod vasitəsilə virusa yoluxmuş smartfon sönmür. Virus işin söndürülməsi prosesinə yüklənir, istifadəçiyə müvafiq multiplikasiya göstərir və ekran, vibrasiya və səs siqnallarını deaktiv edir.Nəticədə istifadəçi əmin olur ki, onun smartfonu sönüb, hərçənd əslində cihaz casus qurğusuna çevrilir: hakerlər məsafədən səsi yaza, fotoşəkillər çəkə, həmçinin mesajlar göndərə bilərlər. Məlumata görə, Android/PowerOffHijack.A virusu Android platformasının 5.0 aşağı versiyası ilə qurğuları yoluxdurur.