Qadin.NET / Apple elektrik avtomobil buraxacaq

Apple elektrik avtomobil buraxacaq

 

Bloomberg agentliyi yazır ki, Apple şirkəti 2020-ci ildə elektrik avtomobillərin istehsalına başlamaq niyyətindədir.Bir qayda olaraq, yeni modelin hazırlanmasına 7 ilədək vaxt sərf olunur. Agentlik hesab edir ki, Apple-ın qısa müddətdə öz elektrik avtomobilinin istehsalına başlamaq cəhdi şirkətin Tesla Motors və General Motors kimi rəqiblərlə mübarizə aparmaq niyyətindən xəbər verir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple-ın yüksək məxfi rejimində layihələşdirilən elektrik avtomobili layihəsi şirkətin baş direktoru Tim Kuk tərəfindən təxminən 1 il əvvəl təqdir edilib.
Mənbə: Milli.Az
23 fevral 2015
GO BACK