Qadin.NET / Avtomobil idxalı azalıb

Avtomobil idxalı azalıb

 

 

2015-ci ilin yanvarında Azərbaycana 4 090 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 6 477 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.
İdxal edilən maşınların 3 870 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin yanvarında bu göstərici 5 925 ədəd təşkil edib.
Bundan başqa, yanvarda ölkəyə 146 yük avtomobili idxal edilib. Bu rəqəm 2013-cü ilin yanvarında 512 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Mənbə: Milli.Az

23 fevral 2015
GO BACK