Qadin.NET / Məişət texnikası da bahalaşdı

Məişət texnikası da bahalaşdı

 

 

Mərkəzi Bankın manatın kəskin devalvasiyasına dair qərarından sonra Bakının əksər ticarət obyektləri kimi məişət texnikası satan mağazaları da qiymətləri dərhal qaldırıblar.Virtualaz.org saytının paytaxtın əksər dükanlarında müşahidələr aparan müxbiri xəbər verir ki, məsələn, Bakının mərkəzində yerləşən “Baku Electronics” mağazası “Samsung”, LG, “Tefal” markasından olan məhsullarının qiymətini birdən-birə 30 faiz artırıb.
Müxtəlif çeşidlərdən olan digər məhsulların da qiymətləri orta hesabla 100-200 manat arasında artırılıb. Ən az bahalaşma “Samsung Galaxy S3” markalı mobil telefonun qiymətində qeydə alınıb. Əvvəllər 389 manata satılan bu telefonları bahalaşmadan sonra 416 manata almaq olar.Ue40h7000atxms kod adlı “Samsung” markalı televizorun qiyməti 1300 manatdan artaraq 1499 manat olub.
Əvvəl 699 manata satılan wf1602wrk/ylp kod adlı “Samsung” markalı paltaryuyan maşın indi 836 manata təklif olunur.Mağazalardan onu da bildiriblər ki, məişət texnikasının qiymətinin artımı paytaxtın bütün dükanlarında baş verib, bu da dünənki “manat zəlzələsi” ilə bağlıdır.

Mənbə: Milli.Az

23 fevral 2015
GO BACK