Qadin.NET / Türk ordusu Suriyaya girdi

Türk ordusu Suriyaya girdi

 

Türk ordusu Suriyaya girdi

Türk əsgəri bu gecə tarixi bir əməliyyat keçirib. ANS PRESS-in məlumatına görə, Böyük Millət Məclisində "Daxili təhlükəsizlik" barədə qanun layihəsinin qalmaqallı müzakirəsi davam edərkən türk ordusu Suriya ərazisinə daxil olub. Verilən məlumatlara görə, gecə saatlarında 50 yaxın tankın müşayiəti ilə türk əsgəri Suriya ərazisindəki Türkiyəyə məxsus Süleyman Şah türbəsinə çatıb. Orada 8 aydan çoxdur ki, İŞİD qruplaşmasının mühasirəsidə qalan növbətçi əsgərləri azad ediblər. Əməliyyat zamanı bir türk əsgərinin həyatını itirib.Bir neçə saat davam edən əməliyyat nəticəsində türk ordusu hətta Türbədə uyuyan Süleyman şahın nəşini də ordan çıxarıblar. Onun elə Suriya ərazisində başqa bir nöqtədə dəfn olunduğu xəbər verlir. Əməliyyatla bağlı Türkiyəni baş naziri Əhməd Davudoğlu "Şah Fırat" əməliyyatı uğurla başa çatıb açıqlamasını edib. Süleyman Şahın nəşinin dəfn olunduğu ərazidə indi də Türkiyə bayrağının dalğalandığını yazıb. 
Qeyd edək ki, Süleyman Şah Osmanlı imperiyasının banisi olan Osman Qazidin atasıdır. Osmanlı imperiyası dağılandan sonra belə türkilər, hətta Atatürk belə Süleyman Şah Türbəsinin olduğu ərazini Türk torpağı adlandırıb və rəsmi Ankarının hüdudlarından kənarda olan yeganə anklavıdır. Türkiyə dövləti Süleyman Şahın uyuduğu torpağa qürür nöqtəsi kimi baxır. Hətta Süriya və İraqda at oynadan İŞİD terrorçuları belə bütün dini ibadəgahları dağıtdığı dövrdə belə risk edib ora yaxınlaşa bilməmişdilər. İndi düya mətbuatı həm də bunu müzakirə edir ki, türk ordusu necə olur ki, koalisiya qüvvələrin xəbərdar etmədən Suriyaya hərbi müdaxilə edir. 

 

Mənbə: ANS PRESS

22 fevral 2015
GO BACK