Qadin.NET / Əliyevlə Ərdoğan görüşəcək

Əliyevlə Ərdoğan görüşəcək

Əliyevlə Ərdoğan görüşəcək
Aprel ayında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin təməlqoyma mərasimi olacağı gözlənilir. Bunu ANS PRESS-ə açıqlamasında "SOCAR Turkey Enerji"nin prezidenti Kənan Yavuz bildirib. Onun sözlərinə görə, TANAP layihəsinin təməlqoyma mərasimi Qars şəhərində qoyulacaq. 
“Təməlqayma mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir. Aprel ayında, inşallah, TANAP layihəsinin həyata keçirilməsi istiqamətində işlərə başlanılacaq”, - deyə Kənan Yavuz ANS PRESS-ə aqçılamasında qeyd edib.
O, həmçinin bildirib ki, TANAP layihəsi üzrə işlərin 2018-ci ildə yekunlaşdırılması planlaşdırılır.

Mənbə: ANS PRESS

22 fevral 2015
GO BACK